Zahedanda silahlı hücum: Ölənlər var
İranın Zahedan şəhərində təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum baş verib.
Crossmedia.az bu barədə "Haalvsh" a istinadən xəbər verir ki, Şirabad qəbiristanlığının arxası, Baqeri küçəsi yaxınlığında naməlum silahlı şəxslər patrul avtomobilinə atəş açıblar.
Hücum nəticəsində əvvəlcə 1 hərbçinin öldüyü, 3 nəfərin yaralandığı bildirilib. Daha sonra yaralılardan biri və axşam saatlarında daha bir yaralı hərbçi həyatını itirib. Bununla da ölənlərin sayı 3-ə yüksəlib.
Sistan və Bəluçistan əyalətinin polis orqanları hadisə ilə bağlı araşdırma aparıldığını və hücum edən şəxslərin müəyyənləşdirilməsinə çalışıldığını açıqlayıb.
10:35 30.04.2026
Oxunuş sayı: 48