Kanada İran Futbol Federasiyası rəhbərliyinin ölkəyə girişini məhdudlaşdırıb
Kanada polisi İran Futbol Federasiyasının prezidenti Mehdi Taj, federasiyanın baş katibi Hidayət Mombini və Beynəlxalq Əlaqələr Komitəsinin iki üzvünün ölkəyə girişinə mane olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, İran nümayəndə heyəti əvvəlcə Türkiyənin Van şəhərinə, daha sonra isə İstanbula gedərək oradan Vankuverə uçub.
Bildirilir ki, Kanada tərəfi Mehdi Taca xüsusi Müvəqqəti Yaşayış İcazəsi təqdim edib. Bu icazə ona FIFA Konqresində iştirak üçün məhdud şərtlərlə ölkəyə daxil olmaq imkanı yaradır.
Mənbələrin iddiasına görə, Mehdi Tacın keçmişdə İsfahanda SEPAH-ın Kəşfiyyat İdarəsində çalışması Kanada təhlükəsizlik orqanlarında narahatlıq doğurub.
10:13 30.04.2026
Oxunuş sayı: 51