ABŞ-dən İrana “qısa və sərt zərbə” planı iddiası
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı qısa müddətli və güclü zərbələr ssenarisi hazırlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İddialara əsasən, plan İranın müxtəlif obyektlərinə, o cümlədən bəzi mülki infrastruktur nöqtələrinə zərbələri nəzərdə tutur.
Məqsədin Tehrana təzyiq göstərmək, onu yenidən danışıqlar masasına qaytarmaq və daha çevik mövqe tutmağa məcbur etmək olduğu bildirilir.
ABŞ prezidenti Donald Tramp isə hazırda dəniz blokadasını əsas təzyiq vasitəsi hesab edir, lakin hərbi əməliyyat ehtimalını da istisna etmir.
09:23 30.04.2026
Oxunuş sayı: 48