Putin Trampa xəbərdarlıq etdi: İranda quru əməliyyatı təhlükəli olacaq
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında İrana qarşı mümkün quru əməliyyatlarının tamamilə qəbuledilməz və təhlükəli olacağını bildirib.
Crossmedia.az bu barədə "TASS" a istinadən xəbər verir. liderlər arasında danışıq bir saat yarımdan çox davam edib və əsas diqqət İran və Fars körfəzi ətrafındakı vəziyyətə yönəlib.
Məlumata əsasən, Vladimir Putin Donald Trampın İranla bağlı atəşkəsin uzadılması qərarını düzgün addım kimi qiymətləndirib və bunun danışıqlar üçün şərait yaratmalı olduğunu qeyd edib.
Putinin xarici siyasət üzrə köməkçisi Yuri Ushakov isə bildirib ki, Rusiya prezidenti ABŞ və İsrailin yenidən güc tətbiq edəcəyi halda bunun təkcə İran və region ölkələri üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün ciddi nəticələr doğuracağını vurğulayıb.
09:15 30.04.2026
Oxunuş sayı: 43