Zelenski tərəfdaşlarının Rusiya ilə bağlı hansı təklifinə "yox" dediyini açıqlayıb
Tərəfdaşlarımız Yaxın Şərqdəki müharibə səbəbindən Ukraynadan Rusiyanın neft terminallarına hücum etməməsini istədilər, amma mən onlara "yox" dedim.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Newsmax"-a verdiyi müsahibədə deyib.
O, həmçinin qeyd edib ki, Rusiya güclü mövqedə deyil və müharibədə qalib gəlmir.
Ukrayna hazırda son 9-10 ayda ən yaxşı döyüş vəziyyətindədir, baxmayaraq ki, müharibəni bitirmək yenə də daha yaxşı olardı.
22:05 29.04.2026
Oxunuş sayı: 37