KİV: Ukrayna NATO-ya üzv olmayacaq
Qərb Ukraynanın NATO-ya üzvlük ümidlərinin öldüyünə inanır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Economist" qəzeti adı çəkilməyən Qərb mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Kiyevin alyansa qoşulmasına şübhə ilə yanaşırdı.
Lakin qalan ümidlər Ağ Ev rəhbəri Donald Trampın bu ideyaya düşmən münasibəti ilə "öldürülüb".
19:00 29.04.2026
Oxunuş sayı: 37