Qarsda Türkiyə–Ermənistan danışıqları – İllərdir bağlı qalan dəmir yolu yenidən açılır?
Türkiyənin Qars şəhərində Türkiyə və Ermənistan nümayəndələri arasında görüş keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Qars–Gümrü dəmir yolu xəttinin bərpası və iki ölkə arasında nəqliyyat əlaqələrinin yenidən qurulması perspektivləri olub.
Tərəflər Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə həmçinin dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsinin bölgədə iqtisadi və logistika əlaqələrinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Danışıqlarda ümumilikdə kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində addımların davam etdirilməsi məsələləri də gündəmə gətirilib.
18:55 29.04.2026
Oxunuş sayı: 47