Xeyriyyə təşkilatlarının fəaliyyəti ilə bağlı araşdırma başladılıb
Böyük Britaniyada fəaliyyət göstərən bəzi xeyriyyə təşkilatlarının fəaliyyəti ilə bağlı araşdırma başladılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. Bildirilir ki, ölkədə xeyriyyə qurumlarına nəzarət edən orqan bəzi fondların İranla bağlı təbliğat fəaliyyəti üçün platforma rolunu oynadığı iddialarını yoxlayır.
Məlumata görə, Londonda fəaliyyət göstərən iki xeyriyyə təşkilatı həm İran, həm də Hamas qruplaşmasını dəstəkləməkdə ittiham olunur.
Hesabatda qeyd edilir ki, bu təşkilatlardan biri – Darül-Hikmə Fondu – İrana yaxın mövqeləri ilə tanınan şəxslərin çıxışlarını və materiallarını yaymaqda şübhəli bilinir.
Araşdırmanın nəticələrinin yaxın dövrdə açıqlanacağı gözlənilir.
18:17 29.04.2026
Oxunuş sayı: 36