Trampdan İranla bağlı sərt mesaj: Ən qısa zamanda ağıllı davransınlar
ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, İranın mövcud vəziyyətdə işləri idarə edə bilmədiyini və nüvə silahı olmayan saziş üzrə danışıqları aparmaqda çətinlik çəkdiyini düşünür.
“Ən qısa zamanda ağıllı davransalar daha yaxşı olar,” – deyə o qeyd edib.
ABŞ prezidenti həmçinin sərt mesaj verərək “artıq yaxşı adamlar yoxdur” ifadəsini işlədib və mövcud diplomatik yanaşmalara tənqidi münasibət göstərib.
13:10 29.04.2026
Oxunuş sayı: 39