III Çarlzdan Ağ Ev zarafatı: 1814 hadisəsinə işarə gündəm oldu
Böyük Britaniya kralı III Çarlz Ağ Evin yenidən qurulması ilə bağlı zarafat edərək tarixi hadisəyə toxunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kral çıxışında ingilislərin 200 ildən çox əvvəl “bunu artıq sınadığını” deyib.
Söhbət 1814-cü il Vaşinqton hadisələrindən gedir. Həmin vaxt Britaniya qoşunları ABŞ paytaxtını ələ keçirərək Ağ Ev də daxil olmaqla bir sıra hökumət binalarını yandırmışdı.
Kralın bu yumoristik çıxışı sosial mediada geniş müzakirələrə səbəb olub və tarixi hadisələrə işarə kimi qiymətləndirilib.
12:49 29.04.2026
Oxunuş sayı: 48