Tarixi dəyişiklik iddiası: ABŞ pasportu yenidən yazılır
ABŞ Dövlət Departamentinin pasportun yeni dizaynını yekunlaşdırdığı və bu versiyada ABŞ prezidenti Donald Trampın yer ala biləcəyi iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan layihənin ABŞ müstəqilliyinin 250 illiyi ilə əlaqələndirildiyi və məhdud sayda (təxminən 25 000 nüsxə) buraxıla biləcəyi bildirilir.
İddialara görə, Donald Trampın portreti və imzası pasportun iç səhifələrində yerləşdirilə bilər.
Mütəxəssislər bunun nadir hal olacağını qeyd edir, çünki adətən pasportlarda aktiv prezidentlərin şəkilləri istifadə edilmir.
Layihə hələ yekun təsdiq mərhələsindədir və rəsmi açıqlama verilməyib.
11:48 29.04.2026
Oxunuş sayı: 48