9 May paradında hərbi texnika iştirak etməyəcək
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qələbənin 81-ci ildönümü münasibətilə 9 mayda Qırmızı Meydanda keçiriləcək hərbi paradda bu il hərbi texnika iştirak etməyəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, operativ vəziyyətə görə kadetlər, suvorovçular və naximovçular da paradda yer almayacaq. Piyada kolonda yalnız ali hərbi təhsil müəssisələrinin hərbçiləri çıxış edəcək.
Paradın aviasiya hissəsi baş tutacaq, sonda isə Su-25 təyyarələri səmanı Rusiya bayrağının rənglərinə boyayacaq. Bundan əlavə, yayım zamanı döyüş bölgəsində xidmət edən hərbçilərin fəaliyyəti də nümayiş olunacaq.
Rəmziyyə Babazadə
10:50 29.04.2026
Oxunuş sayı: 51