Suriya–kürd razılaşmasında ŞOK ADDIM
Suriya hökuməti ilə kürd qüvvələri arasında davam edən razılaşma çərçivəsində hərbi inteqrasiya prosesi yeni mərhələyə keçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Haseke əyalətində keçmiş Suriya Demokratik Qüvvələri döyüşçülərindən ibarət yeni ordu briqadalarının yaradıldığı elan olunub. Bildirilib ki, bu bölmələr Suriya Müdafiə Nazirliyinin tərkibinə daxil edilib və yaxın günlərdə hərbi təlimlərə başlayacaq. Hər briqadanın təxminən 1300 döyüşçüdən ibarət olacağı qeyd edilir.
Eyni zamanda 60-cı və 72-ci diviziyalara inteqrasiya olunan keçmiş SDF üzvlərinin ilk dəfə Suriya Müdafiə Nazirliyi tərəfindən rəsmi maaş almağa başladığı bildirilir.
Paralel olaraq Haseke bölgəsində bir sıra keçid məntəqələrinin, o cümlədən Safiya keçid məntəqəsinin sökülməsinə başlanılıb. Bu addımlar tərəflər arasında əldə olunan tam inteqrasiya sazişi çərçivəsində həyata keçirilir.
Müşahidəçilərə görə, bu proses Suriya Demokratik Qüvvələrinin Suriya dövlət strukturlarına tam inteqrasiyasına doğru ən mühüm mərhələlərdən biri hesab olunur.
10:37 29.04.2026
Oxunuş sayı: 38