Britaniya kralından çağırış: ABŞ Rusiyaya qarşı müharibəyə hazırlaşmalıdır
Böyük Britaniya kralı Çarles III ABŞ hökumətini Rusiyaya qarşı mümkün müharibəyə hazırlaşmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, o, çıxışı zamanı bildirib ki, ABŞ və müttəfiqlər tarix boyu birlikdə mübarizə aparıblar.
Kral çıxışında Ukraniya və onun xalqını müdafiə etməyin vacibliyini vurğulayıb. Bildirilir ki, çıxış Konqres üzvləri tərəfindən alqışlarla qarşılanıb.
08:12 29.04.2026
Oxunuş sayı: 44