Samvel Karapetyan baş nazirlik maaşını necə xərcləyəcəyini açıqlayıb
“Güclü Ermənistan” partiyasının lideri və baş nazirliyə namizəd Samvel Karapetyan Ermənistanın növbəti baş naziri kimi bir dram olacaq maaşını necə “xərcləyəcəyi” sualına cavab verib.
Crossmedia.az Ernənistan KİV-ə istinadən xəbər verir.
“Baş nazir Nikol Paşinyanın iyunun 7-dən sonra bonus almaq imkanı olmadığı üçün “Varçabend”in fəaliyyətini davam etdirməsini təklif edəcəyəm və əgər onlar bunu qəbul etsələr, hər ay “Varçabend”ə bir dram köçürəcəyəm. Bəlkə də artıq çoxlu pulları var”, - Samvel Karapetyan qeyd edib.
20:38 28.04.2026
Oxunuş sayı: 48