İsrail və Ukrayna arasında diplomatik gərginlik artmaqdadır
İsrail və Ukrayna arasında diplomatik gərginlik artmaqdadır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İsrailin xarici işlər naziri Gideon Saar Ukraynanın ittihamlarına sərt reaksiya verərək bildirib ki, diplomatik münasibətlər sosial şəbəkələr üzərindən aparılmamalıdır.
Nazirin sözlərinə görə, Kiyev İsrailə gətirilən taxılın Rusiyanın işğal etdiyi ərazilərdən əldə olunduğunu sübut edən konkret dəlillər təqdim etməyib.
“İttihamlar dəlil deyil. Bu iddiaları təsdiqləyən faktlar hələ də göstərilməyib”, – deyə o qeyd edib.
Saar əlavə edib ki, Ukrayna məsələ ilə bağlı mediaya müraciət etməzdən əvvəl hüquqi prosedurlardan istifadə etməyib.
Məlumata görə, İsrail Ukraynanın etirazlarına baxmayaraq, Rusiyanın nəzarətində olan ərazilərdən əldə edildiyi iddia olunan taxılın daşındığı ikinci gəmini qəbul edib.
19:15 28.04.2026
Oxunuş sayı: 46