Rusiya və İran bir-birilərinə hərbi dəstəyi ifadə ediblər
Rusiyanın müdafiə naziri Andrey Belousov Bişkekdə İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini, briqada generalı Talaei-Nik Reza ilə danışıqlar aparıb.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
Rusiyanın hərbi rəhbəri Moskva və Tehranın əvvəlki kimi, vəziyyətdən asılı olmayaraq bir-birini dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, İran hərbi komandanı Andrey Belousova görüşmək və ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə etmək imkanı verdiyinə görə təşəkkür edib.
22:20 27.04.2026
Oxunuş sayı: 52