Rusiya Putinlə Əraqçi arasında görüşün perspektivindən danışıb
Rusiya prezidenti Vladimir Putin və İran xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüşdən sonra Rusiya bəzi mülahizələrini ABŞ-ə və ən yaxın tərəfdaşlarına çatdıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Vesti" jurnalisti Pavel Zarubinə verdiyi şərhdə bildirib.
Uşakov qeyd edib: "Biz onun İrana gəldikdən sonra dediklərini təhlil edəcəyik və bugünkü söhbətin fonunda həm amerikalılardan, həm də israillilərdən aldığımız siqnalları təhlil edəcəyik. Və sonra nə edəcəyimizi də görəcəyik. Mümkündür ki, bəzi mülahizələrimizi xaricə və ən yaxın tərəfdaşlarımıza çatdıraq".
21:44 27.04.2026
Oxunuş sayı: 44