Nazir müavini: Ermənistanın tezliklə Aİ-yə üzv olacağını gözləmirik
Ermənistanın tezliklə Avropa İttifaqına(Aİ) qoşulacağına inanacaq qədər sadəlövh deyilik, amma yeni bir gündəm müəyyən edirik.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Kostanyan Aİ-yə qəbul prosesinin başlamasını Ermənistan hökumətinin və xalqının gələcəkdə özünü harada gördüyünün açıq siyasi təzahürü adlandırıb.
Fransada keçirilən konfransda nazir müavini həmçinin qeyd edib ki, Ermənistan hazırda dünyada Aİ-nin viza liberallaşdırılması dialoqu apardığı yeganə ölkədir və bu, son nöqtə deyil.
Kostyan qeyd edib ki illər əvvəl Şərq Tərəfdaşlığı formalaşdırılanda Cənubi Qafqaz Avropa Qonşuluğunun bitdiyi sərhəd idi. Bu gün üç Cənubi Qafqaz ölkəsi Mərkəzi Asiya-Aİ əlaqəsində mühüm strateji rol oynayır.
21:22 27.04.2026
Oxunuş sayı: 48