Gülnarə Kərimovanın İsveçrədə məhkəməsi başlayıb
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın məhkəməsi İsveçrə Federal Cinayət Məhkəməsində başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə üzləşib.
Müstəntiqlərin məlumatına görə, Kərimova Özbəkistanda telekommunikasiya şirkətlərindən lisenziyalar qarşılığında milyardlarla dollar rüşvət alıb və həmin vəsaitləri İsveçrədəki hesablar, gizli şirkətlər və daşınmaz əmlak vasitəsilə yuyub.
İş üzrə təxminən 800 milyon İsveçrə frankının müsadirə edildiyi bildirilir. İstintaq 2005–2012-ci illəri əhatə edir və məhkəmənin təxminən bir ay davam edəcəyi qeyd olunur.
Qeyd edək ki, Kərimova əvvəlcə Özbəkistanda 13 ildən çox həbs cəzasına məhkum edilib və hazırda cəzasını çəkir.
17:43 27.04.2026
Oxunuş sayı: 406