Livanda helikopter yaxınlığında dron partladı: İtkilər var
Cənubi Livanda İsrail ordusuna məxsus təxliyə helikopterinin yaxınlığında pilotsuz uçuş aparatının (PUA) partladığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə yaralı İsrail əsgərlərinin təxliyəsi zamanı baş verib və helikopterdən bir neçə metr aralıda partlayış qeydə alınıb.
Hadisə nəticəsində çavuş İdan Foksun həlak olduğu bildirilir.
Hizbullah hücuma görə məsuliyyəti üzərinə götürərək, bunun Cənubi Livandakı kəndlərə edilən hücumlara cavab olduğunu açıqlayıb.
10:56 27.04.2026
Oxunuş sayı: 50