İran XİN rəhbəri İslamabadda nüvə məsələsini müzakirə etməyəcək
İranın xarici işlər naziri Abbas Araqçinin İslamabada növbəti səfəri zamanı Pakistan tərəfi ilə nüvə dosyesi ilə bağlı müzakirə aparmayacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, məlumatı Tasnim agentliyi yayıb.
Belə ki, danışıqlar əsasən Hörmüz boğazında yeni hüquqi rejimin formalaşdırılması, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması, kompensasiya ödənişləri və İrana qarşı hücumların qarşısının alınmasına dair təminatlar mövzusunu əhatə edəcək.
Qeyd edək ki, tərəflər regionda gərginliyin azaldılması istiqamətində diplomatik təmasları davam etdirir.
20:40 26.04.2026
Oxunuş sayı: 52