Böyük Britaniyanın"Ferford" aviabazasında yanğın baş verdi
Böyük Britaniyanın Qlosterşir bölgəsində yerləşən RAF FerFord aviabazasında yanğın hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı The Times of İndia verib.
Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və alov daha sonra nəzarət altına alınıb.
Rəsmilər bildiriblər ki, hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğının səbəbi təsadüfi ola bilər, lakin araşdırma davam edir.
Qeyd olunur ki, RAF FerFord hazırda ABŞ Hərbi Hava Qüvvələrinin İrana qarşı əməliyyatları çərçivəsində istifadə etdiyi strateji bazalardan biridir və ağır bombardmançı təyyarələr üçün mühüm mərkəz sayılır.
19:30 26.04.2026
Oxunuş sayı: 64