ABŞ hava bazasında yanğın baş verib
Böyük Britaniyada ABŞ tərəfindən Yaxın Şərq istiqamətində hərbi təyyarələrin yerləşdirilməsi üçün istifadə olunan hava bazasında yanğın qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yanğının səbəbi, miqyası və mümkün zərərlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, sözügedən baza ABŞ-nin regionda həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində istifadə etdiyi obyektlərdən biridir.
18:20 26.04.2026
Oxunuş sayı: 58