Psixoloq iştirakı niyə vacibdir? - uşaqların müdafiəsində yeni yanaşma
Uşaqların hüquqlarının müdafiəsi sahəsində sistemli və kompleks yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Burada əsas məqsəd yetkinlik yaşına çatmayan şəxslərin həm hüquqi proseslərdə, həm də sosial müdafiə mexanizmlərində daha güclü şəkildə qorunmasını təmin etməkdir.
Xüsusilə, uşaqların öz fikrini ifadə etmək hüququnun qanunla təsbit olunması, onların işlə bağlı qərarların qəbulunda daha aktiv iştirakını təmin edir və bu prosesin peşəkar, təhlükəsiz və uşaq yönümlü mütəxəssislər tərəfindən həyata keçirilməsi tələb olunur. Bu isə uşaqların maraqlarının daha obyektiv və düzgün qiymətləndirilməsinə şərait yaradır.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Crossmedia.az-a açıqlama verib:

"Ən azından psixoloq olsa yaxşı olar. Çünki 18 yaşında da hələ tam fikrini yığışdıra bilməyən insanlar var. Normal uşaqlardırsa, normal ailədən gələnlərdirsə, mən inanıram ki, vəziyyət daha fərqlidir. Amma bu dövrdə uşaqlar 18 yaşına qədər internetlə oturur, durur.
18 yaşına qədər ancaq internetdə olurlar onun üçün də daha çox şeylərə məruz qalırlar — internetə, facebook-a və digər platformalara. Hər şeyi oradan götürürlər. Ona görə də mütləq psixoloq yanında olmalıdırlar. Psixoloq olmasa, onları bir çox insanlar asanlıqla təsir altına ala bilər.
18 yaşlı uşağı hələ bilmədiyi şeylərə yönləndirmək, ona təsir etmək çox asandır. Onun üçün psixoloq dəstəyi vacibdir, mütləq olmalıdır".
Ayhan
14:52 16.04.2026
Oxunuş sayı: 696