Yasamal rayonunda Zəfərin 6-cı ildönümünə həsr olunmuş stolüstü tennis idman növü üzrə yarış keçirilib
19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramı çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində stolüstü tennis idman növü üzrə yarış keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra stolüstü tennis idman növü üzrə yarış keçirilib. Yarışın yekununda qalib komanda üzvlərinə müvafiq diplom və medallar təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
17:21 19.10.2026
Oxunuş sayı: 67