Elmir Əliyev: Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim
ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan Elmir Əliyevin çempionluğuna yol verdiyi səhvlər mane olub.
Crossmedia.az xəbər verir ki, o, final görüşü haqqında danışıb:
"Yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda bəzi səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim".
İdmançı hədəflərindən də söz açıb:
"Qarşıma qoyduğum əsas məqsəd böyüklər arasında Avropa və dünya çempionu olmaqdır. Bu, ən böyük arzumdur. Ümid edirəm ki, həyata keçər. Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, E.Əliyev U-23 dünya çempionatının finalında Qazaxıstan təmsilçisi Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
17:47 19.10.2026
Oxunuş sayı: 50