Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilib.
Crossmedia.az xəbər verir ki, konfrans çərçivəsində "Kiçik və orta bizneslərdə (KOB) qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil edilib.
Tədbirin davamında Azərbaycanın təşəbbüsü ilə yaradılmış AQEM Qadınlar Şurasının ilk iclası baş tutub.
Konfransda üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatı rəsmi olaraq tətbiq edilib.
17:35 14.04.2026
Oxunuş sayı: 94