Viktor Orban məğlubiyyətini etiraf etdi: Macarıstanda 16 illik era başa çatdı
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində məğlub olduğunu rəsmən və açıq şəkildə etiraf edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Seçkilərin ilkin nəticələri məlum olduqdan sonra xalqa müraciət edən Orban, qalib gələn partiyanı təbrik etdiyini bildirib.
"Seçki nəticələri ağrılıdır, lakin aydındır. Mən qalib partiyanı təbrik etdim. Bu nəticələrin ölkəmizin və millətimizin taleyi üçün nə ifadə edəcəyini hələ bilmirik, bunu zaman göstərəcək. Lakin biz müxalifətdə olsaq belə, ölkəmizə xidmət etməyə davam edəcəyik", – deyə Macarıstanın Baş naziri vurğulayıb. Qeyd edək ki, Peter Madyarın rəhbərlik etdiyi "Tisa" partiyasının qələbəsi və Orbanın bu etirafı Macarıstanın siyasi tarixində son onilliklərin ən böyük hadisəsi hesab olunur. Bu dəyişiklikdən sonra Macarıstanın həm daxili islahatlar, həm də Avropa İttifaqı ilə münasibətlər kontekstində tamamilə yeni bir kurs götürəcəyi gözlənilir.
23:50 12.04.2026
Oxunuş sayı: 56