İsveçrə ABŞ və İran arasında vasitəçilik təklif edib
İsveçrə Konfederasiyası ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlardan sonra tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.
Bu barədə crossmedia.az TASS agentliyinə istinadən xəbər verir. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixael Ştayner bildirib ki, rəsmi Bern sülhə töhfə verə biləcək hər hansı diplomatik təşəbbüsü dəstəkləməyə tam hazırdır.
Ştayner vurğulayıb ki, İsveçrə tərəfi hazırda bütün tərəflərlə sıx əlaqə saxlayır və maraqlı tərəflərə öz "xoşməramlı xidmətlərini" təklif edir. "Himayədar dövlət mandatı çərçivəsində İsveçrə Vaşinqton və Tehran arasında kommunikasiya kanalını təmin etməyə davam edir. Bu kanal açıqdır və tərəflərin istifadəsi üçün əlçatandır", - deyə XİN rəsmisi əlavə edib. Analitiklər hesab edirlər ki, İslamabaddakı müzakirələrin nəticəsiz qalması fonunda İsveçrənin bu təşəbbüsü gərginliyin daha da artmasının qarşısını almaq üçün son şanslardan biri ola bilər.
23:59 12.04.2026
Oxunuş sayı: 51