"Netflix "Fyuri və Coşua döyüşünü anons etdi
Dünya boks tarixinin son onillikdəki ən böyük qarşılaşmalarından biri olacağı gözlənilən Tayson Fyuri və Entoni Coşua döyüşü ilə bağlı mühüm yenilik var.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. "Netflix" platforması 2026-cı ilin payızında bu möhtəşəm döyüşün baş tutacağını anons edib.
Lakin qeyd olunur ki, tərəflər arasında hələlik rəsmi müqavilə imzalanmayıb. Belə ki, Entoni Coşua tərəfi döyüşdə iştirakını hələ tam təsdiqləməyib. Hazırda tərəflər arasında kommersiya şərtləri, xüsusən də yayım hüquqları ilə bağlı gərgin danışıqlar davam edir. İdman ictimaiyyəti və bokssevərlər tərəflərin yaxın vaxtlarda ortaq məxrəcə gələcəyini və bu tarixi qarşılaşmanın dəqiq tarixinin elan olunacağını gözləyirlər.
03:00 13.04.2026
Oxunuş sayı: 58