Tramp İrana silah verən ölkələri rüsumla hədələdi
ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi gərginlik fonunda Tehranın müttəfiqlərinə qarşı sərt iqtisadi sanksiyalar tətbiq olunacağını bəyan edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Tramp bildirib ki, İrana silah tədarük edən istənilən ölkə ABŞ-a ixrac etdiyi mallara görə 50 faizlik gömrük rüsumu ilə üzləşəcək.
Prezident bu xəbərdarlığın xüsusilə Çinə aid olduğunu vurğulayaraq, "əgər onları bu işdə yaxalasaq, dərhal 50 faizlik rüsum tətbiq ediləcək" deyə əlavə edib. Bu bəyanat Pekinin Tehrana müasir silah sistemləri və hərbi texnika göndərməsi ehtimalı barədə yayılan kəşfiyyat məlumatlarından sonra səsləndirilib. Ekspertlər hesab edirlər ki, belə bir addım onsuz da gərgin olan ABŞ-Çin ticarət əlaqələrini tamamilə qıra və qlobal iqtisadiyyatda yeni bir böhrana yol aça bilər. Hazırda Vaşinqtonun bu təhdidləri real sanksiyalara çevirib-çevirməyəcəyi beynəlxalq bazarlar tərəfindən diqqətlə izlənilir.
23:27 12.04.2026
Oxunuş sayı: 65