Macarıstanda seçki şoku: Orbanın hakimiyyəti devrilmək üzrədir
Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə uzun illərdir davam edən Viktor Orban erasının sona çata biləcəyini göstərir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Bülletenlərin 21,54%-i işlənildikdən sonra məlum olub ki, Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası Orbanın "Fides" partiyası ilə aradakı fərqi daha da artıraraq liderliyini möhkəmləndirib.

İlkin proqnozlara görə, "Tisa" partiyası səslərin 50%-dən çoxunu toplayaraq parlamentdə mütləq çoxluğu, hətta "superçoxluğu" (133-dən çox mandat) əldə edə bilər. Bu, son 16 ildə Macarıstanın siyasi mənzərəsində baş verən ən böyük dəyişiklik kimi qiymətləndirilir. Analitiklər bildirirlər ki, seçicilərin bu seçimi Orban hökumətinin korrupsiya ittihamları və Avropa İttifaqı ilə gərgin münasibətlərinə qarşı bir etiraz dalğasıdır. Əgər bu tendensiya səslərin tam hesablanması zamanı da davam edərsə, Macarıstanın daxili və xarici siyasətində, xüsusilə Brüssel və Vaşinqtonla münasibətlərdə köklü dönüş yaranacağı gözlənilir.
23:12 12.04.2026
Oxunuş sayı: 77