Budanov: Əsir mübadiləsində yeni mərhələ yaxınlaşır
Ukrayna prezidenti ofisinin rəhbəri Kirill Budanov potensial əsir mübadiləsi ilə bağlı mühüm açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, “potensial insanların mübadiləsində yeni bir mərhələ demək olar ki, artıq yaxındadır”.
Budanov əlavə detallar açıqlamasa da, bu bəyanat yaxın zamanda tərəflər arasında yeni razılaşmanın mümkün ola biləcəyinə işarə kimi qiymətləndirilir.
18:16 12.04.2026
Oxunuş sayı: 63