Qalibaf: ABŞ İranın etimadını qazana bilmədi
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin danışıqlar zamanı İran tərəfini inandıra bilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Qalibaf qeyd edib ki, İran əvvəlcə xoşməramlılıq və dialoqa hazırlıq nümayiş etdirib, lakin “əvvəlki iki müharibə”nin təcrübəsi səbəbindən qarşı tərəfə inam yoxdur.
Onun sözlərinə görə, İran nümayəndə heyəti “qabaqcıl təşəbbüslər” təqdim edib, amma nəticədə ABŞ hazırkı danışıqlar mərhələsində Tehranın etimadını qazana bilməyib.
Spiker həmçinin danışıqlar prosesinin təşkilində göstərdiyi köməyə görə Pakistana təşəkkür edib və Pakistan xalqına hörmətini ifadə edib.
O, İranın bir millət kimi birləşdiyini də vurğulayıb.
16:40 12.04.2026
Oxunuş sayı: 54