Pakistan ABŞ–İran dialoqunda vasitəçiliyi davam etdirəcək
Pakistan ABŞ və İran arasında davam edən dialoq prosesində vasitəçilik səylərini davam etdirəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, İslamabad tərəflər arasında gərginliyin azaldılması və davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək.
“Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət addımlar atacaq. Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Pakistan son dövrlərdə ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış edir və tərəflər arasında dialoqun davam etdirilməsinə çalışır.
15:20 12.04.2026
Oxunuş sayı: 48