ABŞ analitiki: Tramp əvvəlcə qəbul etdiyi şərtləri sonra rədd edib
ABŞ siyasi analitiki Ben Meiselas Ağ Ev rəhbəri Donald Trampın İslamabad danışıqları ilə bağlı mövqeyinə münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Tramp danışıqlara qatılmazdan əvvəl İran tərəfinin təklifini qəbul etmişdi.
Lakin daha sonra o, əvvəlki fəaliyyətində də müşahidə olunan yanaşmanı sərgiləyərək şərtləri dəyişib, verdiyi öhdəliklərə əməl etməyib və məsuliyyəti qarşı tərəfin üzərinə yönəltməyə çalışıb.
Meiselas qeyd edib ki, İran bu taktikanı düzgün qiymətləndirərək prosesdə ehtiyatlı mövqe tutub və həmin yanaşmaya aldanmayıb.
10:54 12.04.2026
Oxunuş sayı: 59