Meksika xalqı İrana dəstək aksiyası keçirib
Meksika xalqı İrana dəstək aksiyası keçirib.
Crossmedia.az xəbər verir ki, təxminən minə yaxın insan Mexiko şəhərinin Lomas Altas məhəlləsində yerləşən İran səfirliyi qarşısında toplaşaraq İran xalqı ilə həmrəy olduqlarını ifadə edib və ABŞ ilə İsrailin hücumlarını pisləyiblər.
Paseo de la Reforma küçəsində yerləşən səfirliyin qarşısında keçirilən aksiyada iştirakçılar “Meksika İranın yanındadır” və “İranın övladları sülh içində yaşamağa layiqdir” kimi şüarlar yazılmış plakatlar, eləcə də Minabda “Şəcərəyi-Təyibə” məktəbinə edilən hücum zamanı — əsasən uşaqlar olmaqla 168 nəfərin həlak olduğu hadisədə öldürülən qızların şəkillərini əllərində tutublar.
10:43 12.04.2026
Oxunuş sayı: 55