Çin İranı dəstəkləməsi ilə bağlı iddiaları təkzib edib
Rəsmi Pekin Çinin İrana hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırdığı ilə bağlı iddiaları təkzib etdi.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Çinin ABŞ-dəkı diplomatik nümayəndəliyinin sözçüsü Liu Pengyu CNN-in Çinin İrana üçüncü tərəflər vasitəsilə daşına bilən hava hücumundan müdafiə sistemləri tədarük etməyə hazırlaşdığı iddialarına cavabında bildirib:
"Çin heç vaxt münaqişə tərəflərindən heç birinə silah tədarük etməyib".
22:28 11.04.2026
Oxunuş sayı: 51