"Sabah" Premyer Liqanın XXVII turunda xal itirib
Misli Premyer Liqasının XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.
Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.
Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub (4:1) edib. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.
20:10 11.04.2026
Oxunuş sayı: 56