Vitse-prezident: ABŞ razılaşma istəyirsə, bu yanaşmadan imtina etməlidir
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ ilə mümkün danışıqlara dair açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, sosial şəbəkə hesabında bildirib ki, Vaşinqton prezident Donald Trampın “birinci Amerika” siyasətinə uyğun hərəkət edərsə, İran və ABŞ arasında sülh razılaşması mümkündür.
Arifin sözlərinə görə, ABŞ öz milli maraqları çərçivəsində danışıqlar apararsa, tərəflər arasında anlaşma əldə oluna bilər.
“Danışıqlar birinci İsrail mövqeyindən aparılarsa, razılaşmadan söhbət gedə bilməz,” – deyə o vurğulayıb.
İran rəsmisi həmçinin xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa və ABŞ-İsrail tərəfi İrana qarşı hərbi əməliyyatları bərpa edərsə, bu, qlobal miqyasda ciddi nəticələrə səbəb ola bilər.
17:58 11.04.2026
Oxunuş sayı: 54