Makron: Cənubi Qafqazda “yeni fəsil” başlayır
Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Cənubi Qafqaz regionunda sülh prosesinə dəstəyini bir daha ifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron bildirib ki, Paris 4 may tarixində İrəvanda keçiriləcək Avropa Birliyi sammiti ərəfəsində regionda sülh təşəbbüslərini dəstəkləməkdə davam edir.
Onun sözlərinə görə, bu proses açıq sərhədlərin formalaşmasına və regional əməkdaşlığın güclənməsinə şərait yaradaraq “yeni bir fəsil”in başlanmasına kömək edə bilər.
Telefon danışığı zamanı tərəflər həmçinin Yaxın Şərq və Ukraynadakı son vəziyyəti də müzakirə ediblər.
17:30 11.04.2026
Oxunuş sayı: 60