Pakistanın gizli planı ÜZƏ ÇIXDI
Pakistan hakimiyyəti ABŞ vitse-prezidenti Cey Di Vensin İranla aparılan danışıqlarda iştirakının diplomatik həll imkanlarını artıra biləcəyinə ümid edir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İslamabad danışıqların davamlı atəşkəslə nəticələnməsi üçün Vensin ölkədə mümkün qədər uzun müddət qalmasına çalışır.
Məlumata əsasən, Pakistan tərəfi bu prosesin bölgədə gərginliyin azaldılması və siyasi həllə nail olunması baxımından vacib olduğunu hesab edir.
13:40 11.04.2026
Oxunuş sayı: 53