ABŞ nüvə sualtı qayığını sıradan çıxarır - ŞOK DETALLAR
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) 800 milyon dollar dəyərində aparılan təmir işlərindən sonra nüvə sualtı qayığını istismardan çıxarmağı planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, genişmiqyaslı modernizasiya və bərpa işlərinə baxmayaraq, gəminin xidmət müddətinin uzadılmasının məqsədəuyğun olmadığı qənaətinə gəlinib.
Qərarın ABŞ-nin donanma modernizasiya strategiyası çərçivəsində verildiyi bildirilir. Rəsmilər köhnəlmiş platformaların mərhələli şəkildə yeni nəsil sualtı qayıqlarla əvəz olunmasına üstünlük verildiyini qeyd edirlər.
Hansı sualtı qayığın istismardan çıxarılacağı barədə isə əlavə detalları açıqlanmayıb.
12:58 11.04.2026
Oxunuş sayı: 56