Nikol Paşinyan ölümcül qəzaya düşdü
Ermənistan Baş naziri Nikol Paşinyanın müşayiət avtobusu yol-nəqliyyat qəzasına düşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, “Nissan” markalı avtomobilin sürücüsü ilə polis avtobusu toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib, daha 12 nəfər isə müxtəlif xəsarətlərlə tibbi yardıma müraciət edib.
Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Qeyd edək ki, Paşinyan qəzanın baş verdiyi vaxtdan əvvəl sosial şəbəkədə hökumət nümayəndə heyətinin Lori bölgəsinə səfər etdiyini bildirib və Aparandakı səhər yeməyindən görüntülər paylaşmışdı.
Nikol Pasinyan rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri ilə bağlı əlavə detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.
10:50 11.04.2026
Oxunuş sayı: 559