Rusiya bayraqlı nəhəng tanker Hörmüz boğazından keçib
Rusiya bayrağı altında üzən iri neft tankeri Hörmüz boğazından uğurla keçib.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Gəmiçilik və izləmə məlumatlarına əsasən, 2000-ci ildə inşa edilmiş çox böyük xam neft tankeri “Archimed” cümə axşamı axşam saatlarında boğazdan qərb istiqamətində hərəkət edib.
Bildirilir ki, yükü boşaldılmış tanker təyinat məntəqəsi kimi İranın əsas xam neft ixrac mərkəzi sayılan Xarq adasını göstərib.
Məlumata görə, son 24 saat ərzində daha dörd toplu yük daşıyıcısı da Hörmüz boğazından keçə bilib.
Keplerin məlumatına əsasən isə cümə axşamı günü ümumilikdə yeddi gəmi bu strateji boğazdan keçib.
10:05 11.04.2026
Oxunuş sayı: 61