İran nümayəndə heyəti danışıqlar üçün İslamabada yollanıb
İranın yüksək səviyyəli nümayəndə heyəti danışıqlar aparmaq məqsədilə Pakistanın paytaxtı İslamabada səfər edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf rəhbərlik edir. Heyətin tərkibinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.
Səfər çərçivəsində Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və Mərkəzi Bankın sədri Əbdünnaser Hemməti müşayiət edir.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof da artıq İslamabada gəliblər.
Mənbənin məlumatına görə, qarşı tərəf İranın irəli sürdüyü ilkin şərtləri qəbul edəcəyi təqdirdə danışıqlara başlanılacaq.
09:45 11.04.2026
Oxunuş sayı: 55