İsrail Hizbullahla atəşkəs müzakirələrini rədd edib
İsrail Livanla aparılacaq danışıqlarda Hizbullahla atəşkəs məsələsinin müzakirə olunmayacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrailin Vaşinqtondakı səfiri Yechiel Laiter bildirib ki, aprelin 14-də ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək görüş zamanı Livanlı həmkarı ilə Hizbullahla bağlı atəşkəs mövzusu gündəmə gətirilməyəcək.
“The Times of Israel” qəzetinin yaydığı məlumata görə, səfir İsrailin mövqeyini belə ifadə edib: “İsrailə hücumlarını davam etdirən və iki ölkə arasında sülhün əsas maneəsi olan Hizbullah terror təşkilatı ilə atəşkəs barədə müzakirə aparmaqdan imtina edirik”.
Daha əvvəl Livan Prezident Aparatı səfirlərin aprelin 14-də ABŞ Dövlət Departamentində keçiriləcək görüşdə atəşkəs məsələsini müzakirə etmək üçün razılığa gəldiklərini açıqlamışdı.
09:50 11.04.2026
Oxunuş sayı: 58