Zelenski Ukraynanın nüvə silahından imtina etməsini böyük məsuliyyətsizlik adlandırıb
ABŞ və Rusiya Ukraynanı nüvə silahlarından imtina etməyə məcbur edib.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Il Foglio" qəzetinə verdiyi müsahibədə deyib.
Ukrayna liderinin sözlərinə görə, Budapeşt Memorandumu məntiqi həll yolu deyildi.
Zelenskinin sözlərinə görə, 30 il əvvəl Ukrayna nüvə silahlarından imtinasını real təhlükəsizlik zəmanətləri ilə dəyişdirməli idi.
O, qeyd edib ki, həmin vaxt bu, Ukraynanın NATO-ya qoşulması demək olardı.
Dövlət başçısı vurğulayıb: "Bu cür dəyişikliklər etmək axmaq, tamamilə axmaq, məntiqsiz və çox məsuliyyətsiz idi. Ukrayna böyük ölkələrin, böyük iqtisadiyyatların təsiri altında idi. Onlardan imtina etmək çətin idi".
20:30 10.04.2026
Oxunuş sayı: 52