Vens İranla danışıqlarla bağlı optimistdir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens damışıqlar üçün Pakistana gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, o, orada İranla danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
"Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, onlar müsbət olacaq. Prezidentin dediyi kimi, əgər iranlılar vicdanla danışıqlar aparmağa hazırdırlarsa, biz də mütləq əl uzatmağa hazırıq. Əgər onlar bizi manipulyasiya etməyə çalışsalar, danışıqlar qrupumuzun güzəştə getməyə meylli olmadığını görəcəklər"-deyə Vens qeyd edib.
Pakistan artıq İran nümayəndə heyətinin gəlişini təsdiqləyib. Əsas məsələlər Hörmüz boğazının mümkün açılması və atəşkəsin uzadılmasıdır.
20:22 10.04.2026
Oxunuş sayı: 54